Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyeva boşanmaq üçün məhkəməyə müraciət edən ər-arvadın ailəsinin dağılmasının qarşısını alıb.
Azreform.info xəbər verir ki, bu barədə vəkil Əlibaba Əliyev məlumat verib.
O bildirib ki, bir müddət öncə bir ailə işində hər iki tərəf nikahın pozulmasına istəkli olsa da, hakim barışıq üçün 3 ay vaxt verib və məhkəmənin baxış iclasını xoş niyyətlə 14 fevral tarixinə təyin edib: “Bu müddətdə isə tərəflər arasında doğrudan da barışıq oldu və nikahın pozulması ilə bağlı iddia geri götürüldü”.
Vəkil hakim Səbinə Nuriyevanın ailə mübahisələri ilə bağlı hər zaman müsbət mənada fərqli yanaşma nümayiş etdirdiyinin şahidi olduğunu qeyd edib.