Türkiyədə antiterror əməliyyatı: 100-dən çox saxlanılan var

17
Fev
2024
19:42

Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb.

Azreform.info xəbər verir ki, bu çarədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə ediblər.