Bayden Navalnin ölümündən danışdı: Yeni sanksiyalar...

17
Fev
2024
16:35

ABŞ prezidenti Co Bayden həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin ölümünə münasibət bildirib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Bayden mətbuat konfransında Navlninin ölümünə görə rusiyalı həmkarı Vladimir Putini ittiham edib:

"Aleksey Navalnının ölüm xəbəri məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Putin onu zəhərlədi, həbs etdi və mühakimə etdirdi. Onu həbsxanaya göndərdi və təcrid etdi.
Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır. Onun başına gələnlər Putinin amansızlığının daha bir sübutudur. Heç kəs aldanmamalıdır".

Bayden Navalnının ölümü kontekstində Moskvaya qarşı yeni sanksiyaların ola biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Kremlin əleyhdarı olan Aleksey Navalnı zəhərləndiyi iddiası ilə Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra 17 yanvar 2021-ci ildə paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib.
Onun keçmişdə korrupsiya işi nəticəsində verilən 3,5 illik şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün normal həbs cəzasına çevrilib.
Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib. O, həmçinin ötən ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.
Ötən gün isə Rusiya Federal Həbsxana Xidməti (FSIN) həbsdə olan müxalifətçi Navalnının öldüyünü açıqlayıb.

Xatırladaq ki, Co Bayden 2021-ci ilin iyununda Rusiya Navalninin öləcəyi təqdirdə bunun"dağıdıcı" nəticələr olacağı barədə Putinə xəbərdarlıq etmişdi.

Billurə