İlham Əliyevlə Paşinyan Münhendə bu məsələdə razılığa gəliblər 

17
Fev
2024
16:07

Azərbaycan Prezidenti İlham Əliyevlə  Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli formatda keçirilən görüşdə sülh müqaviləsi ətrafında işi davam etdirmək barədə razılığa gəliblər.

Azreform.info xəbər verir ki, bu gün Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Olaf Şolz və Ermənistan baş naziri Nikol Paşinyan  arasında üçtərəfli görüş olub.

Verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar müzakirə olunub.
Sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılıq əldə olunub.

 Mürtəza
Azreform.info