Ağ çörəyi tumla birgə yeyin – Dietoloq

17
Fev
2024
08:35

Çörək, hətta ağ undan olsa da, artıq çəki üçün ciddi təhlükə daşımır.

“Medicina” xəbər verir ki, dietoloq Helen Bond ağ çörəyi tumla birgə yeməyi tövsiyə edib.

“Əgər insan kifayət qədər aktivdirsə, hərəkətlidirsə, idmanla məşğul olursa, çörək ona zərər etməyəcək.

Artıq çəki kalori disbalansıdır, gün ərzində alınan kalori ilə itirilən kalori arasında fərq çoxdur və insan aktiv deyil.

Çörəyi meteorizm, köpmənin də səbəbkarı kimi göstərirlər. Bu o insanlarda baş verir ki, orqanizmin buğdaya və qlütenə həssaslığı var.

Qida üçün qara un və ya tam taxıldan çörək yararlıdır.

Ağ çörəyi sevənlər isə onu günəbaxan tumları ilə qatıb yesələr daha faydalıdır. Bu bağırsaq mikroflorasına faydalıdır.

Çörək yeyəndən sonrakı 1 saatda uzanmaq, yatmaq olmaz”.