Gözəl fiqura üçün özünü çörəkdən məhrum edənlər səhv edib. Əslində isə çörək pəhriz üçün faydalıdır.
“Medicina” xəbər verir ki, müasir dietoloqlar uzun illərdir qadağaya düşən çörəyə “amnistiya” verib.
Alimlər çörəyi həyati vacib vitamin və minerallarla zəngin hesab edir.
Pəhrizdə olanlar qoz, tumlar, toxumlar və quru meyvələr əlavə olunmuş tam taxıldan çörək yeyə bilərlər.
Amma ağ undan çörək də orqanizmə fayda verir,o, kalsium mənbəyidir.
"The Carb Diet" kitabının müəllifləri isə daha da irəli gedərək, çörəyin kaloriləri yandırdığını bildirib.
Bu necə olur? Tam taxıldan çörək yedikdən sonra insan uzun müddət tox olur, yemək istəmir. Buna səbəb çörəkdə olanb dayanıqlı nişastadır.
Tədqiqatlar göstərib ki, dayanıqlı nişasta iştahı kəsir, qanda şəkəri tutur, metobolizmi sürətləndirir.