Aparıcı Sevinc Telmanqızı TV Musavat-ın canlı efirində Əhməd Əhmədovun cinayətinin yeni detallarından danışıb.
O, əldə etdiyi məlumata əsasən bildirib ki, polislər Əhmədi saxlayanda o hadisədən xəbərsiz olduğunu irəli sürüb.
“Polislər yaxınlaşanda Əhməd soruşub ki, mən nə etmişəm niyə gəlmisiz? Ata-anasını öldürdüyünü biləndə heyrətlənib. Hadisədən xəbərsizmiş kimi çığır-bağır salıb. Deyib ki, onu öldürlənləri tapsam öldürəcəm, buraxım məni” - deyə aparıcı Əhmədin dediklərini səsləndirib.