İlham Əliyev ABŞ Prezidentinin xüsusi koordinatoru və Yohan David Vadeful ilə görüşüb

16
Fev
2024
19:28

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Azreform.info ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, dövlət başçısı ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub.

438604

Qeyd olunub ki, görüşlər qarşı tərəflərin müraciətləri əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.