Abşeronda gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb.
APA xəbər verir ki, hadisə “Abşeron şəhərciyi”ndə baş verib.
Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Gözəl Qafar qızı Abdullayeva yaşadığı ünvanda səhvən sirkə turşusu içib.
G.Abdullayeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.