Məmməd İsmayılın səhhəti pisləşdi - AYB-dən AÇIQLAMA

16
Fev
2024
17:14

Tanınmış şair, professor Məmməd İsmayılın səhhəti pisləşib.

Azreform.info xəbər verir ki, bu barədə jurnalist Rafael Becanov məlumat yayıb. O, 84 yaşlı şairin vəziyyəti ilə bağlı Yazıçılar Birliyinə, Milli Məclisin Mədəniyyət Komitəsinə və Mədəniyyət Nazirliyinə müraciət edib.

"Ona diqqət, qayğı göstərmək zamanıdır. Bunu diqqətdə saxlamalı, şairə kömək etmək lazımdır" - o deyib.

Azərbaycan Yazıçılar Birliyindən Azreform.info -ın sorğusuna cavab olaraq şairin səhhəti ilə bağlı məsələnin diqqətdə olduğu bildirilib. Qeyd edilib ki, vəziyyət ətraflı öyrənildikdən sonra ona müvafiq dəstəyin göstərilməsi istiqamətində addımlar atıla bilər.

Billurə