Şirvanda 1 ay əvvəl atasının qətlinə görə saxlanılan şəxs ölüb.
Azreform.info apa-ya istinadən xəbər verir ki, bu il yanvarın 8-də 74 yaşlı atasını qətlə yetirməkdə təqsirləndirilən Şirvan sakini, 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlunun ötən gün xəstəlikdən öldüyü bildirilir.
S.Şərifov bu gün Şirvanda dəfn edilib.
Qeyd edək ki, S.Şərifov barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmış, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.