Yük maşını beton maneəyə çırpılıb əks yola çıxdı - FOTO

16
Fev
2024
10:35

 

Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılır.