Mbappe mövsümün sonunda PSJ-dən ayrılacaq

16
Fev
2024
02:42

Futbol üzrə Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan Kilian Mbappe mövsümün sonunda çıxış etdiyi PSJ klubunu tərk edəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.

Futbolçu artıq qərarını klub prezidenti Nasser əl-Xelaifiyə açıqlayıb.

Qeyd edək ki, 25 yaşlı Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir. Bu müddət ərzində futbolçu 243 qol vuraraq klub tarixinin ən məhsuldar futbolçusu olub.