BMT Ukraynaya Belqoroda hücumla bağlı çağırış etdi

16
Fev
2024
01:21

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə raket hücumlarını şərh edərək, mülki obyektlərə zərbələrin endirilməsini dayandırmağa çağırıb.

Azreform.info ” xəbər verir ki, bu barədə RİA Novosti” məlumat yayıb.

“Rusiyanın Belqorod şəhərinə raket hücumları ilə bağlı xəbərləri görmüşük, bir daha bəyan edirik ki, mülki şəxslərə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquq çərçivəsində qadağandır”, - Düjarrik bildirib.

Düjarrik bu cür hücumları qəbuledilməz adlandırıb və onların təcili dayandırılmasının vacibliyini vurğulayıb.