Biləsuvarda 35 yaşlı kişi bıçaqlanıb

15
Fev
2024
23:21

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

N.Şahbazovun sözlərinə görə o, tanıdığı şəxs tərəfindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.