Lukaşenko: Belarus Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir

15
Fev
2024
20:00

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən deyib.

O, prezident seçkilərində xalqın böyük dəstəyini qazanmış İlham Əliyevə konstruktiv yanaşmasına görə xüsusi minnətdarlığını bildirib.

Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.

Qeyd edək ki, fevralın 15-də Belarus Prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.