Yaponiyanın cənubundakı Kaqoşima körfəzində yerləşən Sakurajima vulkanında partlayış baş verib.
Azreform.info “The Japan Times”a istinadla xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi vulkanının püskürməsindən sonra küllərin 5 min metrə qədər yüksəldiyini bildirib.
Partlayışdan sonra ölən və yaralanan olmayıb. Ətrafdakı binalarda dağıntılar aşkar edilməyib.
Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır. 2016-cı ilin fevral ayından bəri onun kraterə 2 kilometrdən çox yaxınlaşmasına icazə verilmir. Vulkanın yerləşdiyi yarımada əvvəllər Kaqoşima körfəzi daxilində ayrıca bir ada idi, lakin 1914-cü ildə böyük vulkan püskürməsindən sonra şərqdə lava sahil xəttini doldurduqda Osumi yarımadası ilə birləşdi. Partlayış Yaponiya tarixində ən böyük vulkan püskürməsi kimi qeydə alınıb.
Günay