Benzema yenə qovuldu

15
Fev
2024
17:56

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema komandanın Çempionlar Liqası matçları üçün heyətindən kənarlaşdırılıb.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard komandanın baş məşqçisi Marselo Qalyardo ilə münaqişəyə görə oyunlardan uzaqlaşdırılıb.

Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin “Novbahor”la ilk oyunu üçün komanda ilə Özbəkistana uçmayıb.

“Novbahor” – “Əl-İttihad” matçı sabah keçiriləcək.