Azərbaycanda gəmilərə Beynəlxalq Dəniz Təşkilatı ilə bağlı tələb qoyuldu

15
Fev
2024
13:56

Prezident İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Azreform.info ” xəbər verir ki, yenilənmiş qanunla hər bir gəminin Beynəlxalq Dəniz Təşkilatından nömrəsi olmalıdır.

Bundan başqa, təsnifat cəmiyyətlərinə kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarəti həyata keçirmək hüququ verilib.