Zelenskini "bomj" hesab edirlər, Ukraynanı, yəni bizi sildilər - Soskin

14
Fev
2024
18:00

Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsindən sonra Ukrayna geosiyasi reallıqdan silindi və bununla da Kiyevin reputasiyasına zərbə dəymiş oldu.

Azreform.info xəbər verir ki, bunu fevralın 13-də Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin özünün YouTube kanalında deyib.

Onun sözlərinə görə, Putinin Karlsona müsahibəsi Ukraynanı geosiyasi gündəmdən sildi. 
“Ukrayna artıq qlobal miqyasda geosiyasi gündəmdə deyil. Putinin Karlsona müsahibəsindən sonra Ukrayna tamamilə silinib, geosiyasi reallıq dəyişib”, - Soskin bildirib.
O qeyd edib ki, Qərb ölkələri artıq Kiyev rejiminə lazımi yardımı göstərə bilmir.

“Biz bu müsahibədən sonra gündəmdən silinmişik. Zelenski artıq ümumiyyətlə vağzaldakı evsiz  "bomj" kimi  hesab olunur”, - Soskin vurğulayıb.

Mürtəza
Azreform.info