"PUBG" oynamağa icazə vermədilər, başına atəş açdı - VİDEO

14
Fev
2024
17:21

İnternet oyunlarının uşaqlar üzərindəki mənfi təsiri bir daha gündəmə gəlib.

Azreform.info “İHA”ya istinadla xəbər verir ki, Türkiyənin Samsun şəhərində 12 yaşlı uşaq ailəsi “PUBG” oynamağına icazə vermədiyi üçün üçün özünə xəsarət yetirib.

Belə ki, o, tapança ilə başına atəş açaraq ağır yaralanıb.

Hadisə yerinə tibbi personal cəlb olunub. Təcili yardım maşınında ürəyi dayanan uşağı ən yaxın xəstəxanaya çatdırıblar.

Yaralının reanimasiya şöbəsində müalicəsi davam edir. Lakin səhhətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günay