Ermənistanda nazir istefa verdi

14
Fev
2024
16:21

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan son günlərdə rəhbərlik etdiyi qurumda baş verən qalmaqallı olaylardan sonra istefa vermək qərarına gəlib. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı arvadı və daha bir neçə nəfərin korrupsiya hərəkətinə görə həbsi erməni ictimaiyyətində ciddi rezonansa və ajiotaja səbəb olub.
Azreform.info xəbər verir ki, iqtisadiyyat naziri Kerobyan bu hadisələr fonunda istefa vermək qərarına gəlib. 
Nazir Kerobyan istefa verməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. 
Paylaşımında deyir: "Mən bundan sonra sizə iqtisadiyyat naziri kimi çalışmayacağam. 3 ildən çox müddət ərzində mən Ermənistanın hər bir vətəndaşına sədaqətlə xidmət etmişəm.
Hər iş gününü bir gün əvvəl güclü Ermənistana sahib olmaq arzusu ilə yaşayırdım. Mən qətiyyətli, dürüst və vətənə bağlı idim.

20 noyabr 2020-ci ildə nazir vəzifəsinə başlayanda hakimiyyət dəyişikliyi ehtimalı çox yüksək idi. Bu müddət ərzində çoxlu fikir ayrılıqlarına görə dəfələrlə bu işdən ayrılmaq istəmişəm, lakin ölkəmə göstərdiyim xidmətin dəyərini maksimum dərəcədə artırmaq üçün özümü buna məcbur etmişəm".

Mürtəza
Azreform.info