Türkiyənin məşhur hava yolu şirkətindən reaksiya alan qərar

14
Fev
2024
14:00

Türkiyənin ən çox seçilən hava yolu şirkətlərindən biri olan “Pegasus” ekonom sinif üçün pulsuz baqaj xidmətini ləğv edib.

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, ekonom sinif bileti alan sərnişinlər kabin baqajı xidmətini ala bilməyəcək və yalnız oturduqları yerin pulunu ödəməlidirlər.

Şirkətdən məsələ ilə bağlı açıqlama verilməsə də, bu qərar vətəndaşların böyük reaksiyasına səbəb olub.

Qeyd edək ki, əvvəllər ekonom klass bileti alan sərnişinlərə adambaşına 15 kiloqram baqajın pulsuz daşınması təklif edilirdi.

Günay