Qəhvə fincanlarını tüpürcəklə təmizlədi, viral oldu - VİDEO

14
Fev
2024
13:35

Türkiyənin Ədirnə şəhərində ticarət mərkəzində qəhvə satan kişinin stəkanları tüpürcəklə təmizləməsinə dair görüntüləri viral oldu.

Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, hadisədən sonra mağaza bağlanaraq fəaliyyətini dayandırıb.

Sahibi gigiyena qaydalarını pozduğu üçün istintaqa cəlb edilib.

Saxlanılan şəxs tüpürcəklə təmizlədiyi fincanların bəzək məqsədi daşıdığını və sözügedən fincanlarla qəhvə satmadığını söyləyib.

Ədirnə Qubernatorluğu əhalinin sağlamlığını təhlükəyə atmaqda qərarlı olan şəxs barəsində məhkəmə işi başlandığını bildirib.

“Ədirnə Bələdiyyəsi tərəfindən sağlamlıq şərtlərinə uyğun olmadığı təsbit edilən müəssisənin iş icazəsi olmadığı müəyyən edilib və möhürlənib. Ədirnə bir turizm şəhəridir və bu mənada şəhərimizin dəyərlərini qorumaq üçün bütün yoxlamalarımızı davam etdirəcəyik”.

Günay