Rusların desant gəmisi batırıldı - FOTO

14
Fev
2024
12:56

Ukrayna Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Rusiyanın böyük desant gəmisi "Sezar Kunikov"u vurub

Azreform.info   xəbər verir ki, hadisə fevralın 14-də səhər saatlarında Qara dənizdə baş verib.

"Ukrainskaya Pravda"nın verdiyi məlumata görə, uğurlu hücum nəticəsində Rusiyanın "Sezar Kunikov" desant gəmisi batıb.

Qeyd edək ki, Rusiya tərəfi bununla bağlı hələlik məlumat vermir.

Mürtəza
Azreform.info