Türkiyədə MƏDƏN FACİƏSİ: torpaq altında qalanlar var - VİDEO

13
Fev
2024
22:56

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, 667 işçidən 9-u itkin düşüb:

"Böyük ehtimalla onlar torpaq qalıqlarının altında qalıblar. Yaxşı xəbər vermək istəyirik".

Qeyd edək ki, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu cəlb edilib.

Yerin altında qalan insanların ola biləcəyi ehtimalını nəzərə alan qruplar ərazidə axtarış-xilasetmə işlərinə başlayıb.