ABŞ “W87-1” nüvə başlıqlarının ilk sınaq partiyasını istehsal edib

13
Fev
2024
20:49

ABŞ qabaqcıl “LGM-35 Sentinel” qitələrarası ballistik raketi təchiz etmək üçün modifikasiya edilmiş “W87-1” nüvə başlıqlarının ilk sınaq partiyasını istehsal edib.

Azreform.info ” xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) illik hesabatında deyilir.

“NNSA “W87-1”in ilk sınaq partiyasını istehsal edib”, - sənəddə qeyd edilib.

Bildirilib ki, döyüş başlıqları 2030-cu illərin əvvəllərində daşıyıcıya yerləşdiriləcək.