BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib

13
Fev
2024
20:21

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti