Rusiya bu ölkənin baş naziri barədə axtarış elan edib

13
Fev
2024
19:42

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallası axtarışa verib. 

Azreform.info xəbər verir ki, bu barədə xəbər RF DİN-nin məlumat bazasında yer alıb.

Estoniyanın baş naziri barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsinə əsasən  axtarış verilib. Lakin bunun təfərrüatı barədə məlumat verilməyib.

Kaya Kallas baş nazir vəzifəsini 26 yanvar 2021-ci ildən icra edir. O həmçinin 2018-ci ildən Estoniya İslahat Partiyasının sədridir.

Mürtəza
Azreform.info