İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi

13
Fev
2024
17:28

İtaliyanın müdafiə naziri 61 yaşlı Quido Krosetto xəstəxanaya yerləşdirilib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, şiddətli sinə ağrısı şikayəti ilə paytaxt Romadakı xəstəxananın təcili xidmətinə müraciət etdiyi bildirilib.

O, müşahidə altında saxlanılıb və angioqrafiya icra olunub.

Xəstəxanadakı mənbələr nazirin perikardit (ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı) ola biləcəyini də bildiriblər.

Günay