Türkiyəli güləşçi duyğulandırdı: idmançımızın üzərindəki bayrağı öpdü - VİDEO

13
Fev
2024
17:14

Güləş üzrə Avropa çempionatında azərbaycanlı rəqibinə qalib gələn türkiyəli güləşçi Rıza Kayaalpın hərəkəti böyük təqdir qazanıb.

Azreform.info “TRT Spor”a istinadla xəbər verir ki, o, matçdan sonra rəqibinin formasında olan Azərbaycan bayrağını öpüb.

Qeyd edək ki, Avropa çempionatında 12 dəfə qızıl medal qazanan Kayaalp bu gün finalda Sergey Semenovla mübarizə aparacaq. Milli güləşçi Semenova qalib gəlsə qızıl medal qazanacaq. Beləliklə o rusiyalı Aleksandr Karelini keçərək 13 çempionluqla rekordun yeganə sahibi olacaq.

Günay