Zelenskinin Fransa və Almaniyaya səfəri planlaşdırılır

13
Fev
2024
14:00

Ukrayna prezidenti Vladimir Zelenski bu həftə Qərbi Avropa ölkələrinə səfər etməyi planlaşdırır.

Azreform.info xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Nəşrin yazdığına görə, Zelenski fevralın 16-da başlayacaq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qərbi Avropaya səfər edəcək. O bu səfər çərçivəsində Paris və Berlinə səfəri gözlənilir.

"Bloomberg" yazır ki, Ukrayna prezidentinin səfərinin məqsədi Ukraynaya hərbi yardımın artırılması zərurətini əsaslandırmaqdır. 

Mürtəza
Azreform.info