Ukrayna məğlubdur, Qərbin dəstəyi onları daha çox öldürür - Karlson 

13
Fev
2024
13:21

Ukrayna hətta Qərb dövlətlərinin köməyi ilə belə münaqişədə üstünlüyü əldə edə bilməyəcək. 

Azreform.info xəbər verir ki, bu fikri Putindən müsahibə götürən amerikalı jurnalist Taker Karlson deyib.

"Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək. Ukrayna ordusu Qərbin yüz milyardlarla dollar dəstəyi olsa belə, Rusiya ordusunu Şərqi Ukraynanın regionlarından sıxışdırıb çıxara bilməyəcək. Ukraynanın sənaye potensialı yoxdur. Necə ki NATO və ABŞ də buna sahib deyil”, - o bildirib. 

Karlson əlavə edib ki, məğlubiyyətin digər əsas səbəblərindən biri kimi Ukrayna əhalisinin Rusiyadan az olmasını göstərib: 
"Rusiyanın əhalisi Ukraynadan 100 milyon çoxdur. Bu o deməkdir ki, Ukrayna ordusuna Qərbdən gələcək dəstək yalnız daha çox ukraynalının ölməsi və Qərb, xüsusən də ABŞ və Almaniya iqtisadiyyatının deqradasiyası deməkdir".

Mürtəza
Azreform.info