Bayden paketdəki çipslərin sayının az olmasından şikayətləndi

12
Fev
2024
22:21

ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan Amerika şirkətlərinin fəaliyyətindən şikayətlənib.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində şərhlə video yayımlayıb.

“Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirdiyiniz şeylərdən biri odur ki, qiymət eyni olsa da, içki şüşələri kiçilib və cips paketlərində daha az cips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin fərqinə varmayacağına inanırlar”, – Ağ Ev rəhbəri qəzəblənib.

Bayden qida şirkətlərini insanları aldatmağı və şrinkflyasiyanı dayandırmağa çağırıb.