ABŞ-nin Texas ştatının Leykvud şəhərində müəmmalı insident yaşanıb. Coel Ostenin kilsəsində gənc qadın ətrafa atəş açıb. Nəticədə yanındakı 5 yaşlı uşaq olmaqla daha iki nəfər yaralanıb.
Azreform.info xəbər verir ki, bu barədə polisə istinadən "NBC 5 Dallas-Fort Worth" telekanalı məlumat yayıb.
Polisin verdiyi məlumata görə, 30-35 yaşlarında bir qadın yanında 4-5 yaşında uşaqla birlikdə əlində tüfənglə kilsəyə daxil olub. O, atəş açıb və nəticədə iki nəfəri yaralayıb.
Qadın iki polis tərəfindən cavab atəşi ilə zərərsizləşdirilib.
Onun yanındakı 4-5 yaşlı uşaq isə yaralanıb.
Bundan əlavə, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyəti ağırdır.
Polis cinayətin hansı motivlə törədildiyini bilmir.
Mürtəza
Azreform.info