Ana körpəsini beşik əvəzinə səhvən sobaya qoydu, külə döndərdi

12
Fev
2024
08:14

Missuri ştatında körpə anasının səhvi ucbatından ölüb.

Məlumata görə, Kanzas-Sitidə bir xanım 911-ə zəng edərək uşağının nəfəs almadığını bildirib. Hadisə yerinə gələn xilasedicilər ciddi yanıq xəsarətləri almış və həyat əlaməti olmayan körpə aşkarlayıblar.

Məlum olub ki, ana uşağı beşik əvəzinə səhvən sobaya qoyub. Bunun necə baş verdiyi izah edilməyib.

Hazırda qadın körpənin həyatını təhlükəyə atmaqda ittiham edilir.