Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Azreform.info-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.