Bu ölkə Rusiya ilə sərhəddə 600 bunker tikmək niyyətindədir

11
Fev
2024
17:35

Estoniya, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsində verdiyi açıqlamalara baxmayaraq, müdafiə xəttinin yaradılmasını davam etdirməyi planlaşdırır və bu xətt çərçivəsində Rusiya ilə sərhəddə 600 bunker tikmək niyyətindədir.

Azreform.info ” xəbər verir ki, bu barədə DPA agentliyinə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

Onun sözlərinə görə, Estoniya V. Putinin müsahibəsində dediyi sözlərə görə planlarını dəyişməyəcək:

“İndi biz hazırlığımızı artırırıq. Bunu hamı etməlidir. Təkcə burada Estoniyada deyil, hər kəs bunu etməlidir. Sülh dövründə bunu rahat edə bilərik”.

O əlavə edib ki, ölkəsi həmçinin sursat, silah və texnika alacaq.