Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Azreform.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.
Araşdırma aparılır.