Silahlanma çağırışı: Rusiya ilə böyük müharibəyə hazırlıq

10
Fev
2024
20:00

"Alyans Rusiya ilə onilliklər davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır".

Azreform.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO Rusiya ilə müharibəyə can atmır. Bununla belə, onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq", - o deyib.

Bu səbəbdən NATO-nun baş katibi Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb.