İrəvanla Bakı arasında böyük münaqişə riskini görmürəm - Lukyanov

10
Fev
2024
15:21

Mən Ermənistanla Azərbaycan arasında böyük münaqişə riskini görmürəm.

Azreform.info xəbər verir ki, bunu Rusiyanın xarici və müdafiə siyasəti şurasının rəyasət heyətinin sədri, politoloq Fyodor Lukyanov deyib.

"Mənə elə gəlir ki, nə qədər qəribə səslənsə də, hər iki tərəf istədiklərinə nail olublar", - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan heç vaxt öhdəsindən gəlmədiyi qeyri-müəyyənlikdən azad olub.
“Biz Qarabağ məsələsindən danışırıq”, - Lukyanov vurğulayıb.
 İki ölkə arasında hərbi əməliyatların baş vermə ehtimalına toxunan rusiyalı politoloq deyib ki,  Ermənistanla Azərbaycan ətrafında son dərəcə təlatümlü mühit mövcuddur.

“Yaxın Şərqlə Orta Şərq  Azərbaycan və Ermənistan yan-yanadır.
Bu vəziyyətdə öz aralarında hansısa  eskalasiya o qədər də ağlabatan deyil. Mən nə İrəvanda, nə də Bakıda belə bir hal müşahidə etmirəm. Onlara istədiyiniz kimi yanaşa bilərsiniz, lakin bunlar müəyyən hesablanmış davranış nümunələri olan insanlardır. Mövcud vəziyyətdəki  modellərə görə, onların konfliktlərə ehtiyacı yoxdur”, - deyə ekspert  bildirib.

Mürtəza
Azreform.info