Azərbaycanəsilli türk astronavt kosmosa çıxacaq

10
Fev
2024
14:56

Azərbaycanəsilli ikinci türk astronavtı Tuva Cihangir Atasever apreldə kosmosa çıxacaq.

“İkinci astronavt Tuva Cihangir Atasever aprel ayında kosmosa göndəriləcək və təxminən yeddi təcrübə həyata keçirəcək”, - deyə Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Yusuf Kıraç bildirib.