Makron yeni naziri tənqidlərə görə işdən çıxartdı

9
Fev
2024
23:49

Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib.

Axar.az xəbər verir ki, Makron Kasteranı Nikol Belube ilə əvəz edib.

Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslandırıb. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.