Klinton Netanyahunu istefaya çağırdı

9
Fev
2024
17:42

ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton İsrailin baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə çağırıb.

Azreform.info xəbər verir ki, sabiq dövlət katibi Klintona bu barədə MSNBC-yə müsahibəsində bildirib.

“Netanyahu getməlidir. O, etibarlı lider deyil. Hücum məhz onun hakimiyyəti dövründə baş verdi”, - Klinton bildirib.

Klintonun sözlərinə görə, əgər o, atəşkəsə maneədirsə, mütləq getməlidir. 

Klinton eyni zamanda İsrail dövlətinin Qəzza zolağındakı hərəkətlərini müdafiə edib. 

“Təcavüzkarla nə etməli?" Biz onları dayandırmalıyıq”, - Klinton bildirib.

Mürtəza
Azreform.info