Hizbullah”ın komandirlərindən biri öldürüldü

9
Fev
2024
01:14

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Nəbatiyyə şəhərində “Hizbullah” qruplaşmasına məxsus avtomobili partladıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Livanın səsi radiostansiyası məlumat yayıb.

Hücum nəticəsində onun hərbi liderlərindən biri, Livanın cənubundakı silahlılara komandanlıq edən Abbas əd-Debs məhv edilib. Onunla birlikdə avtomobildə daha iki silahlı ölüb.

Qeyd olunub ki, İsrailin pilotsuz uçuş təyyarələri Nəbatiyə və Zəhrani bölgəsi ətrafında aşağı hündürlükdə uçuşlarını davam etdirir.

Arzun, Dabaal, Əl-Civar və Sreyfa kəndləri üzərində səmada PUA-lar görünüb. Digər yerüstü hədəflərin məhv edilməsi barədə məlumat verilməyib.