BVF: “Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır”

9
Fev
2024
00:07

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır və qlobal iqtisadiyyat tənəzzüldən qaçaraq yumşaq eniş etmək şansına malikdir.

Azreform.info ” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

“Biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik. Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir”, - BVF rəhbəri bildirib.

Eyni zamanda, o qeyd edib ki, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur:

“Və geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb”.