İran XİN: ABŞ-ın hücumu terror aktıdır

8
Fev
2024
23:42

ABŞ-ın Bağdadın şərq rayonlarına endirdiyi hərbi zərbə beynəlxalq təhlükəsizliyə təhdid yaradan terror aktıdır.

Azreform.info ” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.

Diplomat vurğulayıb ki, Tehran Amerika hökumətinin İraq ərazisində törətdiyi və müqavimət qüvvələrinin bir neçə nümayəndəsinin, o cümlədən İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan Əbu Bəkir əl-Səidinin ölümü ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri İraqın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır, beynəlxalq təhlükəsizliyə və regional sabitliyə təhdiddir.