İrakli Kobaxidze Gürcüstanın yeni Baş naziri seçilib

8
Fev
2024
23:14

Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.

Azreform.info ” xəbər verir ki, Kobaxidzenin və onun təmsil etdiyi Nazirlər Kabinetinin üzvlərinin namizədliyinin lehinə 84 deputat, əleyhinə isə 10 deputat səs verib.

Yeni hökumətə etimad göstərmək üçün 150 səsdən 76-sı lazım idi.

Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub. Nazirlər Kabinetinin tərkibində yeganə dəyişiklik isə müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir.