Zurabişvili xarici ölkənin casusu kimi çıxış etdi - Subaru

8
Fev
2024
20:49

Salome Zurabişvilinin parlamentdəki illik çıxışı Gürcüstan prezidentinin çıxışı deyil, xarici casusun çıxışı olub.

Azreform.info xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” ictimai hərəkatının üzvü, deputat Sozar Subari deyib.

"Mən Salome Zurabişvilinin çıxışını tənqidi adlandıra bilmərəm. Bu, ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin deyil, xarici agentin çıxışı idi", - Subari "İmedi" telekanalında bildirib.

Qeyd edək ki, Zurabişvili bu illik hesabatının böyük hissəsini hökumətin tənqidinə həsr edib. Prezidentlə hakim komanda arasında bir müddətdir ki, münasibətlər korlanıb.(axar.az)