Anasının ölüm xəbərini verən həkimə hücum etdi - VİDEO

7
Fev
2024
19:14

Türkiyədə xəstənin ölüm xəbərini verən köməkçi həkim hücuma məruz qalıb. 

Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, xəstənin oğlu Volkan K. həkimin başına yumruqla zərbələr endirib.

Vəziyyəti görən mühafizəçi dərhal müdaxilə edib. 

Volkan polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun spirtli içki içdiyi müəyyən edilib.

O, sövq edildiyi məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilib.

Günay